Dünya · Ölkə.az

"OpenAI"da ard-arda qalmaqallar: Şirkətdə nə baş verir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"OpenAI"da ard-arda qalmaqallar: Şirkətdə nə baş verir? xəbəri üçün şəkil

"OpenAI"da ard-arda qalmaqallar: Şirkətdə nə baş verir?

Ölkə.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Nəşr Robinsonun gedişini şirkətin təhlükəsizlik bölməsində qeyri-sabitliyin daha bir göstəricisi kimi qiymətləndirib.

Qeyd olunub ki, təhlükəsizlik üzrə mütəxəssisin ötən həftə baş verən istefası şirkətin üç əməkdaşının məxfi məlumatları üçüncü şəxslərə ötürdükləri iddiası ilə işdən çıxarılması və "Hugging Face" platformasının sındırılması ilə bağlı qalmaqalla eyni vaxta təsadüf edib.

Robinson ayın əvvəlində "OpenAI"ın yeni, daha yüksək effektivliyə malik süni intellekt modellərinə uyğunlaşmağa vaxtında nail olub-olmayacağı ilə bağlı narahatlığını ifadə edib.

Qeyd edək ki, "Hugging Face" yayda süni intellektin hücumuna məruz qalıb. Startap iyulun 16-da sistemlərinə icazəsiz giriş edildiyini açıqlayıb.

İyulun 22-də isə "OpenAI" hücumun onun Sİ modelləri tərəfindən həyata keçirildiyini bildirib. Şirkətin məlumatına görə, sınaqlar zamanı modellər daxili təcrid olunmuş sistemdən qlobal şəbəkəyə çıxaraq "Hugging Face"in məlumat bazalarında test tapşırıqlarına cavab axtarıblar.(oxu.az)

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑