Ölkə · Ölkə.az

Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov Azedu.az və Modern.az-a müsahibəsində bildirib.

"Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində Tibb Kolleci olmasın? Yaxud, Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir. Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın? Bu istiqamətdə müəyyən işlər gedir", - deyə komitə sədri bildirib.

Anar İsgəndərov qeyd edib ki, ali təhsil sahəsində həyata keçirilən dəyişikliklər azərbaycanlı gənclərin xaricdə təhsil və fəaliyyət zamanı problemlərlə üzləşməməsi baxımından da əhəmiyyətlidir:

"Əsas istək odur ki, azərbaycanlı gənc başqa ölkəyə gedəndə Azərbaycanda aldığı təhsil ona kömək olsun, əlavə problemlər yaşamasın. Çünki bu gün azərbaycanlılar təkə Azərbaycanda fəaliyyət göstərmirlər. Minlərlə azərbaycanlı gənc dünyanın hər yerində var. Biz bu istiqaməti nəzərə alacağıq".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑