Dünya · Ölkə.az

Avropa Ukraynaya qoşun göndərməyə hazırlaşır? - Polşada təlim keçiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa Ukraynaya qoşun göndərməyə hazırlaşır? - Polşada təlim keçiriləcək xəbəri üçün şəkil

Rusiya ilə mümkün atəşkəsdən sonra Ukraynaya Avropa hərbçilərinin yerləşdirilməsi ssenarisi üzrə hazırlıqlar sürətlənir. Böyük Britaniya, Fransa, Almaniya və Polşanın 1500-dən çox hərbçisi bu məqsədlə Polşada keçiriləcək təlimlərdə iştirak edəcək.

Ölkə.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrda keçirilməsi planlaşdırılan təlimlər bu istiqamətdə ilk olacaq. Manevrlərin əsas məqsədi mümkün atəşkəsdən sonra Ukraynanın təhlükəsizliyinin təmin olunmasına hazırlıqdır. Nəzərdə tutulan ssenaridə Avropa hərbçilərinin Ukraynada yerləşdirilməsi yeni hücumların qarşısını almağa yönəlmiş çəkindirici amil kimi qiymətləndirilir.
Təlimlər zamanı çoxmillətli qüvvələrin hərəkəti, logistik təminatı və müəyyən ərazidə birgə yerləşdirilməsi sınaqdan keçiriləcək.

Polşanın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, manevrlər aparıcı Avropa ölkələrinin Rusiyadan qaynaqlanan təhlükələr qarşısında birliyini və Ukraynaya uzunmüddətli dəstəyini nümayiş etdirməlidir.

Polşanın Baş naziri Donald Tusk Britaniya və Fransa hərbçilərinin təlimlərdə iştirakını xüsusi əhəmiyyətli hesab edib.

Böyük Britaniya Ordusunun Baş Qərargah rəisi general Roli Uoker isə İngiltərənin şimalındakı Katterik kazarmasında 700 hərbçi qarşısında çıxışı zamanı ölkənin təhlükəsizliyə yanaşmasının dəyişməli olduğunu bildirib.

General vurğulayıb ki, Britaniya silahlı münaqişələrin keçmişdə qaldığı düşüncəsindən uzaqlaşmalıdır. Siyasi rəhbərlik isə cəmiyyəti mövcud təhdidlər və onlara qarşı görülən hazırlıq tədbirləri barədə açıq məlumatlandırmalıdır.

Bununla belə, təlimlərin keçirilməsi Avropa qoşunlarının Ukraynaya göndərilməsi barədə yekun qərarın qəbul edildiyi anlamına gəlmir.

Mürtəza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑