Dünya · Ölkə.az

ABŞ-də süni intellektlə bağlı sərt qərar: 18 yaşdan kiçiklərə qadağa

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də süni intellektlə bağlı sərt qərar: 18 yaşdan kiçiklərə qadağa xəbəri üçün şəkil

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, ştatın qubernatoru Keti Hokulun imzaladığı yeni qanuna əsasən, 18 yaşdan kiçik istifadəçilərə süni intellekt çatbotlarında insanı təqlid edən, emosional asılılıq yaradan, özünə zərər verməyə təşviq edən və ya seksual məzmunlu söhbətlər aparan funksiyaların təqdim edilməsi qadağan olunur.

Qubernatorluğun ofisindən verilən açıqlamada bildirilib ki, yeni qanun tələblərini pozan şirkətlər barəsində ştatın baş prokuroru tərəfindən 25 min dollara qədər inzibati cərimə tətbiq edilməsi tələb oluna bilər.

Qanun həmçinin Nyu-York sakinlərinin mümkün pozuntularla bağlı çatbot şirkətlərindən şikayət edə bilmələri üçün açıq internet saytının yaradılmasını nəzərdə tutur.

Həmidə İbrahimova

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑