İdman · Offsideplus.az

Zaur Həşimov: “Qələbəni əldən verdiyimiz üçün məyusuq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaur Həşimov: “Qələbəni əldən verdiyimiz üçün məyusuq” xəbəri üçün şəkil
Zaur Həşimov: “Qələbəni əldən verdiyimiz üçün məyusuq”

“Digər matçlara necə hazırlaşırdıqsa, bu görüşə də eyni qaydada hazırlaşmışdıq”.


Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Şəfa”nın baş məşqçisi Zaur Həşimov deyib.

Mütəxəssis Misli Premyer Liqasının X turunda “Sumqayıt”a (1:1) qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: “İlk növbədə onu qeyd edim ki, bir neçə məğlubiyyətdən sonra növbəti qələbəmizi qazanmışıq. Digər tərəfdən, Sumqayıtda bu qədər qol epizodu yaratmağımıza baxmayaraq, hesabda öndə olduğumuz oyunda qol buraxaraq qələbəni əldən verdiyimiz üçün məyusuq.

Son iki turdakı oyunlarımızdan razı qalmışdım. Məğlub olduğumuz matçlarda belə mübarizədən çəkinməmişdik. Həm “Şamaxı”, həm də “Kəpəz”lə qarşılaşmalarda bunu göstərdik. İnanıram ki, “Şəfa” olaraq qarşımıza qoyduğumuz hədəflərə çatacağıq”.

Qeyd edək ki, "SOCAR Polymer Arena"da baş tutan matçda hesabı 31-ci dəqiqədə Musa Quel açıb. 71-ci dəqiqədə “Sumqayıt”ın heyətində  Ronaldo Vaskes fərqlənib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑