İdman · Offsideplus.az

Valdas Dambrauskas: “Bir az çirkin oyun oldu”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Valdas Dambrauskas: “Bir az çirkin oyun oldu” xəbəri üçün şəkil
Valdas Dambrauskas: “Bir az çirkin oyun oldu”

Misli Premyer Liqasının VII turunda keçirilən “Neftçi” – “Sabah” (0:0) oyunundan sonra qonaqların baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə danışıb:

“Bəzən itirilən xalları qazanmaq olar. Qarşıda 26 oyun var. İki top komanda oynadı. Bir az çirkin oyun oldu. Tərəzi kimi idi – ara-sıra hər komanda üstün oynayırdı. Bəzən ritmi itirirdik. Bir məşq keçirən oyunçular var idi. Yaxşı bərpa keçməyə çalışacağıq. İkinci gün vacib Çempionlar Liqası oyunumuz var”.

Növbəti oyunla bağlı suala cavab verən baş məşqçi deyib:

“Bəzən belə sualları anlamıram. Çətin olsa da, mənim vəzifəmdir. Hazırlaşmalıyam. Həyatda hər kəs çətinlik görür. Sizin də işiniz çətindir. Bəzən nəticə yaxşı olanda düşünürlər ki, asan olur. Bu bizim işimizdir”.

Raxmonaliyev, Mikels və İsayevin ehtiyatda qalmasına münasibət bildirən Dambrauskas bunları söyləyib:

“Hərdən istəyirəm ki, millidən gələn oyunçular daha çox oynasınlar. Ola bilər ki, yorğun olsunlar. Nəzarət etdiklərimə daha çox fürsət verirəm. Puxaç və Xaybullayev xaric heç biri millidə oynamırdı startda. Mikels və Umarali ilk məşqini dünən bizimlə etdi”.

İş qrafikinin ağırlığı barədə danışan mütəxəssis fikirlərini belə yekunlaşdırıb:

“Bu, bizim üçün xəyal idi ki, ÇL-də oynayaq. Asan-çətin olmasını demək heç nəyi dəyişməyəcək. Ötən mövsüm xal itkilərimiz daha çox idi. İndi isə bu rəqəm ikidir”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑