İdman · Offsideplus.az

Bu qələbə başda rəhbərlik olmaqla, hamımızın zəhmətinin nəticəsidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu qələbə başda rəhbərlik olmaqla, hamımızın zəhmətinin nəticəsidir xəbəri üçün şəkil
"Bu qələbə başda rəhbərlik olmaqla, hamımızın zəhmətinin nəticəsidir"

Misli Premyer Liqasının VII turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"la matçdan (2:0) sonra "Kəpəz"in baş məşqçisi Azər Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, onun açıqlamaları bu cür olub:

"İlk növbədə əziyyət çəkib Şamaxıya bizi dəstəkləməyə gələn azarkeşlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Həmişə kimi bizim yanımızdadırlar. Qələbəyə görə komandamızın futbolçularına təşəkkürümü çatdırıram. Vacib qələbə qazandıq. Heyətdə bəzi itkilərimiz var idi. Buna baxmayaraq, onların yerinə mübarizəyə qoşulan futbolçular ümidləri doğrultdular. Açığı, oyunun çətin keçəcəyini bilirdik. "Araz-Naxçıvan"da baş məşqçi dəyişikliyi olub. Adətən belə hallar rəqibin oyununa müsbət təsir göstərir. Yeni baş məşqçinin oyun fəlsəfəsini analiz etmək imkanımız olmamışdı. İstənilən halda, yetirmələrim onlara verilən tapşırıqların demək olar, hamısını layiqincə yerinə yetirdilər.

Etiraf edim ki, tutduğumuz yolda "Kəpəz" rəhbərliyi bizə hərtərəfli dəstəkdir. Əlbəttə, başda rəhbərlik olmaqla, bu qələbə hamımızın zəhmətinin nəticəsidir.

Növbəti turda "Zirə"yə qarşı maraqlı və ağır görüşümüz olacaq. Bizim üçün hər bir xal vacibdir. Düşünürəm ki, gəncəlilərin önündə yaxşı oyun göstərib uğurlu nəticə qazanacağıq".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑