İdman · Offsideplus.az

Barselona La Liqada mövsümə ən yaxşı startını təkrarlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Barselona La Liqada mövsümə ən yaxşı startını təkrarlayıb xəbəri üçün şəkil
"Barselona" La Liqada mövsümə ən yaxşı startını təkrarlayıb

"Barselona" La Liqada mövsümə ikinci dəfə ardıcıl səkkiz qələbə ilə başlayıb.

Offsideplus.az xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda bu tur "Xetafe"ni 3:0 hesabı ilə məğlub edib.

Kataloniya təmsilçisi daha əvvəl 2013/14 mövsümündə Xerardo Martino ilə də eyni uğura imza atmışdı.

Bundan əlavə, "Barselona" cari mövsümdə La Liqada 34 qol vurub.

Liqanın ilk səkkiz oyununda bundan çox qola yalnız "Sevilya" 1940/41 mövsümündə (41 qol) imza atıb. 1930/31 mövsümündə isə "Atletik" də səkkiz turda 34 qol vurmuşdu.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑