İdman · Offsideplus.az

Trabzonsporun matçını idarə edən hakim saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trabzonsporun matçını idarə edən hakim saxlanıldı xəbəri üçün şəkil

Super Liqa Xəbəri oxu Trabzonsporun matçını idarə edən hakim saxlanıldı

"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı

Türkiyəli futbol hakimi Yasin Kol "Trabzonspor" və "Droqeda Yunayted" komandaları arasında keçirilən yoldaşlıq matçından dərhal sonra saxlanılıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "Hakimlər işi" araşdırması çərçivəsində baş tutub.

Saxlanılan hakimə qarşı sənədlərdə saxtakarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz mərc oyunlarında iştirak kimi ağır ittihamlar irəli sürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Y. Kol son iki mövsümdə 5 derbinin baş hakimi olub.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑