İdman · Offsideplus.az

“Kəpəz” “Gəncə Park Residence”lə müqavilə imzaladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Kəpəz” “Gəncə Park Residence”lə müqavilə imzaladı xəbəri üçün şəkil

MPL Oxu Kəpəz Gəncə Park Residencelə müqavilə imzaladı

“Kəpəz” “Gəncə Park Residence”lə müqavilə imzaladı

“Kəpəz” Peşəkar Futbol Klubu ilə “Gəncə Park Residence” Mənzil-Tikinti Kooperativi arasında sponsorluq müqaviləsi imzalanıb.

Offsideplus.az xəbər verir ki, müqaviləyə əsasən, 2026/27 futbol mövsümü ərzində “Kəpəz”in oyun formasının arxa hissəsində “Gəncə Park Residence”ə məxsus “Gəncə Park City” brendinin loqosu yer alacaq. Əməkdaşlıq çərçivəsində tərəflər klubun ev oyunları zamanı birgə marketinq layihələri və müxtəlif tanıtım tədbirləri də həyata keçirəcəklər.

“Kəpəz” PFK ilə “Gəncə Park Residence” arasında imzalanan müqavilənin müddəti 2026/27 futbol mövsümünün sonuna qədər nəzərdə tutulub.

Gəncənin ən böyük parkı olan Heydər Əliyev Parkının yaxınlığında yerləşən “Gəncə Park City” müasir yaşayış konsepsiyasını özündə birləşdirən kompleksdir. Layihə şəhər həyatının rahatlığı ilə təbiətin gözəlliyini bir araya gətirir. Kompleks əlverişli yerləşməsi, dağlara panoram mənzərəsi və sakinlər üçün yaradılması nəzərdə tutulan müasir infrastrukturu ilə seçilir.

“Gəncə Park City”də sakinlərin rahatlığı və gündəlik ehtiyaclarının qarşılanması üçün ticarət mərkəzi, supermarket, kafe, hovuzlu fitnes-klub, özəl uşaq bağçası, məktəb və uşaq oyun meydançalarının yaradılması planlaşdırılır. 

“Şəhər içində şəhər” konsepsiyası əsasında hazırlanan layihədə rahat yaşayış, istirahət və aktiv həyat üçün geniş imkanların yaradılması nəzərdə tutulub.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑