Milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranan fasilədə Misli Premyer Liqasına hazırlığı davam etdirən “Kəpəz” klubu bu gün iki yoxlama matçında qüvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, komanda öncə Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Baş məşqçi Azər Məmmədov bu görüşdə əsasən gənc oyunçulara şans verib. Yüksək tempdə və maraqlı mübarizə şəraitində keçən matç 2:2 hesabı ilə nəticələnib.
Gəncə Şəhər Stadionunun ehtiyat meydançasına daha sonra “Kəpəz” və I Liqa təmsilçisi “Gəncəbasar” çıxıb. “Sarı-göylər” birinci hissənin əvvələrində Namik Ələskərovun uzaqdan sərrast zərbəsi sayəsində hesabı açıb. “Gəncəbasar” fasilədən sonra status-kvonu bərpa edib və oyun heç-heçə yekunlaşıb - 1:1.
Yoxlama oyunları
“Kəpəz” - Azərbaycan U-19 yığması 2:2
Turqut Mustafazadə, Şakir Seyidov
“Kəpəz”in start heyəti: Rəşad Əzizli, Hüseyn Babayev, Arzu Atakişiyev, Rafael Məhərrəmli, Ümid Səmədov, Şakir Seyidov, Fərid Kələntərov, Sadiq Xəlilov, Amur Yusifov, Azuma Abubakar, Turqut Mustafazadə
“Kəpəz” - “Gəncəbasar” 1:1
Namik Ələskərov
“Kəpəz”in start heyəti: Rojerio Santos, David Domgjoni, Mate Abuladze, Adama Fofana, Urfan Abbasov, Vadim Abdullayev, Desmond Akua, Benito Olabiran, Rəhman Hacıyev, Namik Ələskərov, Kennet Kalunqa

