Bu həftəsonu keçiriləcək UFC 332 turnirində qadınlar arasında yüngül çəkidə yeni çempion müəyyənləşəcək. Bu, təşkilat tarixində Valentina Şevçenkodan başqa titul qazanan üçüncü idmançı olacaq. Qeyd edək ki, ilk dəfə bu kəməri Nikko Montano qazanmışdı, lakin o, titulu heç vaxt müdafiə edə bilməmiş və çəkidən keçə bilmədiyi üçün kəmərdən məhrum edilmişdi. Sonrakı illərdə Valentina Şevçenko uzun müddət çempionluq titulunu qoruyub saxlamış, 2023-cü ildə isə gözlənilmədən Aleksa Qrassoya uduzmuşdu. Onların trilogiyası 2024-cü ilin sentyabrında Şevçenkonun UFC 306-da titulu geri qaytarması ilə başa çatıb. İki il sonra isə Şevçenko zədə səbəbindən kəməri boş qoyub və bu, yeni çempionun müəyyənləşməsi üçün imkan yaradıb.
Offsideplus.az xəbər verir ki, UFC 332-də Nataliya Silva və Vanq Conq arasında keçiriləcək döyüşdə qalib gələn idmançı qadınlar arasında yüngül çəkidə UFC kəmərinin yeni sahibi olacaq. Turnirin əsas kartında həmçinin Deiveson Figueiredo ilə Payton Talbott (bantam çəki), King Green ilə Esteban Ribovics (yüngül çəki), Roberto Soldiç ilə Khaos Williams (yarımorta çəki), Ateba Qautier ilə Roman Kopylov (orta çəki) qarşılaşacaq. Əlavə olaraq, əsas və erkən preliminarlarda Conni Uolker, Rafael dos Anjos, Marvin Vettori kimi tanınmış döyüşçülər də qəfəsə çıxacaq.

