İdman · Offsideplus.az

Ronaldonun milli komandanı tərk etmə səbəbi bilindi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldonun milli komandanı tərk etmə səbəbi bilindi xəbəri üçün şəkil

Milli komandalar Ətraflı Ronaldonun milli komandanı tərk etmə səbəbi bilindi

Ronaldonun milli komandanı tərk etmə səbəbi bilindi

Kristianu Ronaldu DÇ-dən sonra Portuqaliya millisindən ayrılmağı planlaşdırırmış.

Offsideplus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa və baş məşqçi Jorje Jezuş Ronaldonu millidə hələ də mühüm rolunun olduğuna inandıraraq komandada qalmasına nail olublar.

İlkin razılaşmaya əsasən, Ronaldunun evdə keçiriləcək iki oyunda iştirak etməsi, səfərdəki iki qarşılaşmada isə istirahət etməsi planlaşdırılıb.

Lakin daha sonra Jorje Jezuş bu planı dəyişərək Ronaldunun Norveçlə matçda meydana çıxmasını istəyib. Futbolçu isinmə hərəkətlərində iştirak etsə də, qarşılaşmada oynamayıb və matçı ehtiyat oyunçular skamyasında başa vurub.

Daha sonra Ronaldunun Danimarka ilə səfər oyununda da meydana çıxa biləcəyi bildirilib.

Bildirilir ki, Ronaldu prosesin bu şəkildə idarə olunmasını hörmətsizlik kimi qəbul edib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑