İdman · Offsideplus.az

Jorje Jezuş Ronaldu ilə bağlı qalmaqaldan danışıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Jorje Jezuş Ronaldu ilə bağlı qalmaqaldan danışıb xəbəri üçün şəkil

Futbol Jorje Jezuş Ronaldu ilə bağlı qalmaqaldan danışıb

Jorje Jezuş Ronaldu ilə bağlı qalmaqaldan danışıb

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldu ilə aralarında yaşanan fikir ayrılığı və azarkeşlərin reaksiyası barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Norveçlə oyunda ehtiyatda qalan Ronaldu komandanın düşərgəsini tərk edib. Danimarka ilə qarşılaşmadan əvvəl Jezuşun azarkeşlər tərəfindən fitə basıldığı bildirilib. "Portuqaliyalı azarkeşlər tərəfindən heç bir fit səsləri eşitməmişəm. Əsas məsələ, hətta qələbə qazansaq belə, bizi dəstəkləmək üçün uzun yol gələn azarkeşlərə hörmət göstərməkdir. Son illər xaricdə çalışdığım üçün portuqaliyalı olmaq hissini daha dərindən dərk etmişəm və bu duyğuya böyük hörmətlə yanaşıram. Düşünürəm ki, Portuqaliya yetkin və cəsarətli oyun nümayiş etdirdiyi üçün hər kəs razıdır. Məşqçi üçün inam verən yeganə şey qələbədir", – deyə Jezuş bildirib.

O, ölkənin onun tərəfində olub-olmadığı sualına isə belə cavab verib: "Bunu bilmirəm. Arzulayardım ki, belə olsun".

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑