İdman · Offsideplus.az

Ronaldu ailəsində Portuqaliya millisindən ayrılıq narazılığı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldu ailəsində Portuqaliya millisindən ayrılıq narazılığı xəbəri üçün şəkil

Futbol Ronaldu ailəsində Portuqaliya millisindən ayrılıq narazılığı

Ronaldu ailəsində Portuqaliya millisindən ayrılıq narazılığı

Kriştiano Ronaldunun bacısı Elma Aveiru ulduz futbolçunun Portuqaliya millisindən ayrılması ilə bağlı münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı "Əl-Nəsr"in hücumçusu Danimarka ilə Millətlər Liqası oyunu ərəfəsində baş məşqçi Jorje Jezuşla yaşanan münaqişəyə görə yığmanın düşərgəsini tərk edib. Ronaldunu diskvalifikasiya və pul cəriməsi gözləyir. Daha sonra futbolçu sosial şəbəkədə ən azı yaxın oyunlarda Portuqaliya millisində çıxış etməyəcəyini açıqlayıb.

Elma Aveiru qardaşının sözlərini sosial şəbəkədə paylaşaraq yazıb: "Xəyanət soyuq təqdim olunan bir yeməkdir. Nə əkərsən, onu da biçərsən. Yeganə yol irəli getməkdir".

O, həmçinin bir azarkeşin bu fikirlərini də yayıb: "Kriştiano daha çox hörmətə layiq idi. Portuqaliyalılar isə CR7-dən əvvəlki orta səviyyəyə qayıtmağa layiqdirlər".

Madridə çatdıqdan sonra çəkilmiş videoda Ronaldunun kədərli göründüyü qeyd olunub.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑