"Kəpəz" bu gün iki yoxlama oyunu keçirəcək.
Offsideplus.az xəbər verir ki, onlardan biri artıq başa çatıb.
Gəncə təmsilçisi Azərbaycan U-19 yığması ilə üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb.
"Kəpəz"in qollarına Turqut Mustafazadə və Şakir Seyidov imza atıb.
Qeyd edək ki, Azər Məmmədovun komandası saat 16:30-da "Gəncəbasar"la qarşılaşacaq.

