İdman · Offsideplus.az

Leao Portuqaliyanın qələbəsindən və Ronaldu haqqında danışıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Leao Portuqaliyanın qələbəsindən və Ronaldu haqqında danışıb xəbəri üçün şəkil

Futbol Leao Portuqaliyanın qələbəsindən və Ronaldu haqqında danışıb

Leao Portuqaliyanın qələbəsindən və Ronaldu haqqında danışıb

Portuqaliya millisinin yarımmüdafiəçisi Rafael Leao Danimarka üzərində 4:2 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, UEFA Millətlər Liqasında baş tutan oyunda Kriştiano Ronaldu komandanın düşərgəsini baş məşqçi Jorje Jezuşla fikir ayrılığı səbəbindən tərk edib. Leao isə bu qarşılaşmada Ronaldunun əvvəllər geyindiyi 7 nömrəli formanı daşıyıb.

"Onun ayrılması bizi maraqlandırmır. Biz bir daha göstərdik ki, komanda ruhumuz var. Əminəm ki, Kriştiano evdə olsa da, bu qələbəyə sevinir. Bizim münasibətimiz yaxşıdır və onun necə insan olduğunu bilirəm. Əsas olan komandanın uğurudur. Daha 3 xal qazandıq və qrupda liderik. İndi istirahət edib, bazar günü Norveçə qarşı oyuna hazırlaşmalıyıq.

Kriştiano uşaqlıq kumirimdir, 7 nömrənin isə mənim üçün xüsusi mənası var – bu, övladlarımın doğum tarixi ilə bağlıdır. Bu nömrə ilə meydanda layiqli çıxış etməyə və anı yaşamağa çalışdım. Ən vacibi isə yaxşı oyun göstərərək qələbə qazandıq", – deyə "Milan"ın futbolçusu bildirib.

Qeyd edək ki, Leao-nun əkiz oğulları Leonardo və Tiagu 7 oktyabr 2024-cü ildə dünyaya gəlib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑