İdman · Offsideplus.az

Bu tras yağışlı hava üçün ən yaxşısıdır - Antonelli

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu tras yağışlı hava üçün ən yaxşısıdır - Antonelli xəbəri üçün şəkil

Formula 1 Ətraflı Bu tras yağışlı hava üçün ən yaxşısıdır - Antonelli

"Bu tras yağışlı hava üçün ən yaxşısıdır" - Antonelli

"Mersedes"in pilotu Andrea Kimi Antonelli Bəhreyn Qran-prisində gözlənilən yağıntılar barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Formula 1-in lideri trasın örtüyünün yağışlı hava üçün əlverişli olduğunu bildirib:

"Düşünürəm ki, bu tras yağış altında tamamilə normal olacaq. Asfalt burada o qədər məsaməlidir ki, güclü leysan olmasa, səthdə yığılan su çox az olacaq. Adi yağış altında bu bolidləri ilk dəfə yaş asfaltda sınamaq üçün bəlkə də ən yaxşı tras budur. Örtük o qədər açıqdır ki, su səthdə qalmır, daşların arasındakı boşluqlara axır. Buna görə də akvaplaninq riski əhəmiyyətli dərəcədə aşağıdır".

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑