İdman · Offsideplus.az

Real Madridin möhtəşəm dönüşü nəticəsiz qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Real Madridin möhtəşəm dönüşü nəticəsiz qaldı xəbəri üçün şəkil

Basketbol Real Madridin möhtəşəm dönüşü nəticəsiz qaldı

"Real Madrid"in möhtəşəm dönüşü nəticəsiz qaldı

EuroLeague-in üçüncü turunda "Hapoel Tel-Əviv" Sofiyada keçirilən oyunda "Real Madrid" üzərində 102:98 hesablı qələbə qazanaraq mövsümdə ikinci uğuruna imza atıb.

Offsideplus.az xəbər verir ki, "Hapoel"in lideri Elayca Braynt 22 xal, 13 ribaund və 7 assistlə demək olar ki, tripl-dabl göstəricisinə yaxınlaşıb. Vasilije Miçiç də 22 xal toplayıb. Bruno Kaboklo və Zak Leday hərəyə 15 xalla fərqlənib. "Real Madrid"də isə fransalı oyunçular ön plana çıxıb: Teo Maledon 26, Timote Luvavu-Kabarro 21 xal əldə edib. Valter Tavares isə 14 xal və 13 ribaundla dubl-dabl edib.

Sofiyada baş tutan qarşılaşmanın ilk hissəsində "Hapoel" 20 xallıq üstünlük (63:43) əldə etsə də, üçüncü hissədə "Real Madrid" 19:0-lıq seriya ilə hesabı bərabərləşdirib və hətta önə keçib. Lakin son hissədə Brayntın parlaq oyunu "Hapoel"ə ikinci qələbəsini qazandırıb. "Real Madrid" isə tarixində ilk dəfə EuroLeague-də mövsümə üç məğlubiyyətlə start verib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑