İdman · Offsideplus.az

Bu liqada böyük uğur qazanmaq üçün hər şeyi var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu liqada böyük uğur qazanmaq üçün hər şeyi var xəbəri üçün şəkil

Basketbol Ceyms Harden Ceylon Tayson barədə yüksək fikirdədir

"Bu liqada böyük uğur qazanmaq üçün hər şeyi var"

"Klivlend Kavalers"in ulduz basketbolçusu Ceyms Harden komanda yoldaşı Ceylon Taysonun potensialı və inkişafı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli oyunçu Taysonun liqada yüksək səviyyəyə çatmaq üçün bütün lazımi keyfiyyətlərə sahib olduğunu vurğulayıb:

"Ceylonla yaxşı əlaqə qurmağa çalışıram, çünki onun bu liqada böyük uğurlar qazanmaq və yüksək nəticələr göstərmək üçün bütün bacarıqları var. Bəzən ona sadəcə doğru istiqamət vermək lazımdır ki, növbəti addımı atsın. Mənim üçün əsas məsələ onunla etibarlı münasibət qurmaqdır ki, çətin anlarda düzgün yönəldə bilim. Ötən mövsüm müəyyən təcrübə qazandı, bu mövsüm isə komandamıza daha çox fayda verəcək".

Qeyd edək ki, Ceylon Tayson ötən mövsüm iştirak etdiyi 66 oyunda orta hesabla 26.9 dəqiqə meydanda qalıb. Gənc basketbolçu hər matçda 13.2 xal, 5.1 ribaund və 2.2 assist göstəriciləri ilə yanaşı, üçxallıq atışlarda 44.6 faiz dəqiqlik nümayiş etdirib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑