İdman · Offsideplus.az

Ceyms Harden İspaniyada oynamaq arzusunu dilə gətirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ceyms Harden İspaniyada oynamaq arzusunu dilə gətirib xəbəri üçün şəkil

Basketbol Ceyms Harden İspaniyada oynamaq arzusunu dilə gətirib

Ceyms Harden İspaniyada oynamaq arzusunu dilə gətirib

Təcrübəli müdafiəçi Ceyms Harden gələcəkdə Avropada, xüsusilə də İspaniyada çıxış etmək istədiyini bildirib. O, Malagada keçirilən mövsümöncəsi hazırlıq zamanı bu ölkəyə olan sevgisini açıq şəkildə ifadə edib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı Harden Avropada və ya İspaniyada oynamaq ehtimalı ilə bağlı suala belə cavab verib: "Çox istərdim. İspaniya dünyanın ən gözəl yerlərindən biridir. Xoşbəxtlikdən, burada olmuşam. Barselonada, Madriddə olmuşam. Həmin yerlər də möhtəşəmdir. Hər dəfə bura gələndə, təcrübə həmişə istədiyim kimi olur. Bura heyrətamizdir".

Hazırda Harden "Klivlend Kavalers"in heyətindədir. Komanda baş məşqçi Kenni Atkinsonun rəhbərliyi ilə Andalusiyada altı günlük təlim-məşq toplanışı keçir. Bu hazırlıq mərhələsi yeni transferlər Mario Hezonya və Peyton Vatsonun kollektivə uyğunlaşmasına xidmət edir.

Komanda ABŞ-a qayıtdıqdan sonra "Boston Seltiks"lə yoxlama oyununda qarşılaşacaq. Daha sonra "Orlando Medcik"lə iki sınaq matçı keçiriləcək. "Klivlend Kavalers"in müntəzəm mövsümdə ilk oyunu isə 22 oktyabrda "Filadelfiya Seventi Siksers"ə qarşı olacaq.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑