İdman · Offsideplus.az

Kuzma Vembanyamanın açıqlamasına münasibət bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kuzma Vembanyamanın açıqlamasına münasibət bildirib xəbəri üçün şəkil

Basketbol Kuzma Vembanyamanın açıqlamasına münasibət bildirib

Kuzma Vembanyamanın açıqlamasına münasibət bildirib

"Miluoki"nin forvardı Kayl Kuzma sosial şəbəkədə "San Antonio"nun mərkəz oyunçusu Viktor Vembanyamanın bukmeker şirkətləri ilə bağlı fikirlərinə cavab verib. Fransalı basketbolçu NBA oyunçularının bukmeker kontorlarının reklamında iştirakını açıq şəkildə tənqid edib. Jurnalistlər və azarkeşlər bu açıqlamanı dördqat MVP LeBron Ceymsə yönəlmiş dolayı bir irad kimi qiymətləndiriblər. Xatırladaq ki, LeBron Ceyms bu payız Polymarket ilə 15 milyon dollar dəyərində reklam müqaviləsi imzalayıb.

Offsideplus.az xəbər verir ki, Kayl Kuzma, ABŞ-da proqnoz bazarına investisiya edənlərdən biri kimi, qumar asılılığı ilə maliyyə alətləri arasındakı fərqi izah edib: "İdman üzrə proqnoz vermək tamamilə fərqli bir sahədir. İndi LeBron və ya başqasını proqnoz bazarları ilə bağlı müqavilələrə görə qınayanlar mövzuya heç bələd deyillər. Proqnoz bazarlarını idman qumarı adlandırmaq, fond bazarını adi kazino hesab etməyə bənzəyir. Bunu bəyənməyə bilərsiniz, amma bu, rəsmi şəkildə tənzimlənən bir birjadır və burada insanlar bir-biri ilə müqavilə alıb-satırlar, klassik bukmeker kontoru deyil ki, uduzanda pulunuzu alsın. Xahiş edirəm, fərqi görməyi öyrənin", – deyə Kuzma bildirib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑