"Real"ın futbolçusu Arda Gülər “Rasinq Santander”lə matçda meydana çıxa biləcək.
Offsideplus.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi həftə ərzində yaşadığı əzələ gərginliyi səbəbindən komandanın iki məşqini buraxıb.
İspaniyanın “AS” nəşrinin məlumatına görə, 21 yaşlı futbolçu cümə günü komanda ilə birlikdə məşqlərə qayıdıb. Beləliklə, onun “Rasinq”lə qarşılaşmada iştirak etməsinə maneə qalmayıb.
Qeyd edək ki, “Rasinq Santander” – “Real Madrid” qarşılaşması noyabrın 1-də keçiriləcək.



