Sosial · News24.az

Siyəzəndə sel və leysanın fəsadları aradan qaldırılır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Siyəzəndə sel və leysanın fəsadları aradan qaldırılır xəbəri üçün şəkil

Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun 4,8-ci kilometrindən başlayaraq bərpa və möhkəmləndirmə işləri aparılır, sel sularının zədələdiyi suötürücü qurğunun yerində metal konstruksiyalı körpü inşa olunur.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Eyni zamanda, Siyəzən–Məşrif–Qalaaltı avtomobil yolunun 11-ci kilometrində qəzalı vəziyyətə düşmüş körpünün yerində yeni körpünün tikintisi davam etdirilir.

Məqsəd yolların dayanıqlığını artırmaq və təhlükəsiz, fasiləsiz hərəkəti təmin etməkdir.

İşlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑