Dünya · News24.az

Rubio: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmayıb xəbəri üçün şəkil

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığı barədə iddiaları təkzib edib.

News24.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Rubio Özbəkistanın Səmərqənd şəhərində jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında məlumat mübadiləsində heç bir fasilə olmayıb.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu barədə açıqlamasını haradan aldığını bilmədiyini deyib.

Qeyd edək ki, Zelenski oktyabrın 18-də NBC News-a müsahibəsində ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsinin bir müddət dayandırıldığını, daha sonra isə bərpa olunduğunu bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑