Dünya · News24.az

İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail ordusu Qəzzada “İslami Cihad”ın komandirini öldürdüyünü açıqladı xəbəri üçün şəkil

İsrail ordusu Qəzza zolağının Xan Yunis bölgəsinə endirdiyi iki ayrı zərbə nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının bölük komandiri Məhəmməd Əbu Şalufu və HAMAS-ın hərbi qanadının “Nuxba” xüsusi təyinatlı dəstəsinin üzvü Musa Atef Əbu Danı öldürdüyünü açıqlayıb.

New24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Məhəmməd Əbu Şaluf 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olub. Ordunun iddiasına əsasən, hər iki şəxs son vaxtlar İsrail hərbçilərinə hücumlar edib və silahlı qruplaşmaların döyüş qabiliyyətini bərpa etməyə çalışıb.

İsrail tərəfi bunu atəşkəs razılaşmasının sistematik şəkildə pozulması kimi qiymətləndirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑