Filippin sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri General Santos şəhərindən 48 kilometr cənub-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Dağıntı və tələfat barədə məlumat yoxdur.



