İdman · News24.az

FIFA: Təhqirli paylaşımlardan 232- si təhlükəli təhdidlərdir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FIFA: Təhqirli paylaşımlardan 232- si təhlükəli təhdidlərdir xəbəri üçün şəkil

FIFA 2026-cı il Dünya Kuboku ilə bağlı sosial şəbəkələrdəki təhqiramiz paylaşımlarla bağlı hesabat yayımlayıb.

News24.az xəbər verir ki, hesabata görə, turnir zamanı süni intellekt vasitəsilə 17 milyondan çox paylaşım və şərh yoxlanılıb. Onlardan 240 mini təhqiramiz hesab edilib. Bu paylaşımların 20 faizi irqçi xarakter daşıyıb.

Araşdırma nəticəsində 786 hesabla bağlı hüquqi tədbirlər görülüb. Həmin hesablardan 232-sində ciddi təhlükə yarada biləcək təhdidlərin olduğu müəyyən edilib.

Hesabatda qeyd olunub ki, sosial şəbəkələrdə izlənilən 1606 nəfərdən 812-si, o cümlədən futbolçular, məşqçilər və rəsmilər birbaşa hədəfə alınıb.

Ən çox təhqirə məruz qalan futbolçuların 40 faizinin hər birinə 10 mindən çox təhqiramiz paylaşım ünvanlanıb. Bu paylaşımlar arasında irqçi ifadələr də yer alıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑