Himalay dağlarında helikopter qəzaya uğrayıb.
News24.az xəbər verir ki, bu barədə Hindistanın Uttarakhand ştatının baş naziri Puşkar Sinqh Dhami məlumat verib.
“Coşimatx şəhəri yaxınlığındakı Çayen kəndi ərazisində helikopterin qəzaya uğraması ilə bağlı kədərli xəbər daxil olub. Hazırda rayon administrasiyası, Təbii Fəlakətlərin İdarə Olunması Departamenti və ştatın fövqəladə hallara reaksiya qüvvələri birgə xilasetmə əməliyyatı həyata keçirirlər”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Dhami əlavə edib ki, ağır yaralıların ixtisaslaşmış tibb müəssisələrinə təcili çatdırılması və onlara lazımi tibbi yardım göstərilməsi barədə göstəriş verilib.
Məlumata görə, helikopterin göyərtəsində pilot da daxil olmaqla, altı nəfər olub.
Bildirilib ki, helikopter yerli vaxtla saat 14:15 radələrində qarlı hava şəraitində Badrinatx şəhərindən havaya qalxıb və bundan sonra onunla əlaqə kəsilib.




