Belçikanın paytaxtı Brüsseldə tələbələr təhsil haqqının artırılmasına və ali təhsilə ayrılan vəsaitin azaldılmasına etiraz ediblər.
News24.az xəbər verir ki, tələbələr Brüssel Azad Universitetinin (ULB) Solbosch kampusunun girişində toplaşaraq əraziyə girişi bağlayıblar.
Onlar “Büdcə orduya yox, təhsilə!” yazılmış plakatlar asıblar.
Qeyd edək ki, son həftələr Belçikanın müxtəlif şəhərlərində və Avropanın digər bölgələrində tələbələr təhsil siyasətinə və büdcə ixtisarlarına qarşı etiraz aksiyaları keçirirlər.
Bəzi aksiyalarda polislə nümayişçilər arasında qarşıdurmalar yaşanıb. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. İctimai asayişin pozulduğu aksiyalarda bir sıra şəxslər saxlanılıb.



