Sosial · News24.az

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto xəbəri üçün şəkil

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda prorektor dəyişikliyi olub.News24.az Ölkə.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda prorektor dəyişikliyi olub.

News24.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, institutun elmi işlər üzrə prorektoru, dosent Məmmədəli Meybəliyev vəzifəsindən azad olunub. O, 2006-cı ildən həmin vəzifədə çalışırdı.

Nazirin digər əmri ilə əczaçılıq elmləri doktoru, professor Cəmilə Yusifova Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi işlər üzrə prorektoru təyin edilib.

Xatırladaq ki, Cəmilə Yusif qızı Yusifova son təyinata qədər Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasının professoru vəzifəsində işləyib.

Qeyd edək ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Səhiyyə Nazirliyinin tabeliyindədir.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑