Sosial · News24.az

İsa Həbibbəyli Dilçilik İnstitutundakı kompüter iddialarına cavab verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsa Həbibbəyli Dilçilik İnstitutundakı kompüter iddialarına cavab verdi xəbəri üçün şəkil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsindəki texniki təminatla bağlı yayılan...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsindəki texniki təminatla bağlı yayılan iddialara münasibət bildirib.

News24.az xəbər verir ki, jurnalistlərə açıqlama verən AMEA prezidenti şöbənin bütün əməkdaşlarının kompüterlə təmin olunduğunu bildirib:

"Nəsimi adına Dilçilik İnstitutunda milli dil korpusu layihəsini həyata keçiririk. Bunun üçün adi kompüter deyil, daha böyük tutuma malik olan superkompüterlər lazımdır. Şöbənin bütün əməkdaşlarının kompüteri var. Amma superkompüterləri sifariş vermişik, bu yaxınlarda gətiriləcək".

Qeyd edək ki, bundan əvvəl Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Mahmudov açıqlamasında rəhbərlik etdiyi şöbədə dörd işçinin kompüterinin olmadığını və həmin əməkdaşların işə evdən notbuk gətirdiklərini bildirmişdi. /Modern.az/

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑