Dünya · News24.az

Hindistan sərhədçiləri atəş açdı, 2 pakistanlı öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hindistan sərhədçiləri atəş açdı, 2 pakistanlı öldü xəbəri üçün şəkil

Kasurda (Pakistan) sərhəd bölgəsində Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) atəş açması nəticəsində 2 pakistanlı ölüb, 1-i isə yaralanıb.News24.

Kasurda (Pakistan) sərhəd bölgəsində Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) atəş açması nəticəsində 2 pakistanlı ölüb, 1-i isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Ladhar kəndinin 3 sakini sərhəd dirəyindən bir neçə addım uzaqlaşdıqdan sonra Hindistan sərhədçiləri xəbərdarlıq etmədən onlara atəş açıblar.

Mənbələr iddia edir ki, həmin 3 şəxs silahsız olub və sərhəd hasarını keçməyə cəhd etməyib.

Pakistan mənbələri baş verənləri sərhəd razılaşmasının və Pakistanla Hindistan arasındakı sərhədi tənzimləyən standart prosedurların pozulması kimi qiymətləndirib.

Hindistan mediası ölən şəxsləri sərhədi pozmağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər kimi təqdim edib. Pakistan tərəfi bu versiyanı rədd edir.


Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑