Dünya · News24.az

Özünü zəngin göstərib 20 qadın polisi aldatdı - Şok cinayət

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Özünü zəngin göstərib 20 qadın polisi aldatdı - Şok cinayət xəbəri üçün şəkil

Hindistanın Dehli şəhərində özünü varlı iş adamı kimi təqdim edərək qadın polis əməkdaşlarını evlilik vədi ilə aldadan 23 yaşlı Vikrant Tomar həbs edilib.

News24.az-ın məlumatına görə, şübhəli qadınların etibarını qazanaraq müxtəlif bəhanələrlə onlardan pul almaqda ittiham olunur. İlkin ehtimallara əsasən, hadisə nəticəsində təxminən 20 qadın polis əməkdaşı zərər çəkmiş ola bilər.

İstintaq materiallarına görə, Tomar sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi nümayiş etdirib. O, bahalı restoranlarda, xüsusi qəhvə məkanlarında və lüks avtomobillərdə çəkdirdiyi fotoları paylaşaraq özünü imkanlı iş adamı kimi təqdim edib. Daha sonra qadınlarla münasibət quraraq onlara evlənməyi vəd edib və müxtəlif bəhanələrlə pul istəyib.

"İş adamı"nın dələduzluğu zərərçəkmişlərdən birinin polisə şikayətindən sonra üzə çıxıb. Həmin qadın Tomarın evlilik vədi ilə onu aldatdığını iddia edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlinin partnyoru da Dehli polisində konstabl kimi çalışır. İstintaqçılar "iş.adamı"nım potensial qurbanları barədə məlumatlarını bu şəxs vasitəsilə əldə etmiş ola biləcəyini araşdırırlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑