Aktual · Modern.az

Zaqatalada iş adamı həbs edildi - Milyonluq dələduzluq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaqatalada iş adamı həbs edildi - Milyonluq dələduzluq
Zaqatalada iş adamı həbs edildi - Milyonluq dələduzluq

Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.

Modern.az APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan Valeh oğlu aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.

İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.

Ona qarşı qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Zərərşəkənlərin şikayətindən sonra Əmrah Ramazan həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.

Zərərçəkmiş şəxs qismində 3 nəfər və “Sara Qrup” QSC tanınıb.

O da bildirilir ki, təqsirləndirilən Əmrah Ramazan Zaqatala rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑