Aktual · Modern.az

Yaşıllıqlara 33 min manata yaxın ziyan vurulub 

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaşıllıqlara 33 min manata yaxın ziyan vurulub 
Yaşıllıqlara 33 min manata yaxın ziyan vurulub 

Son bir həftə ərzində yaşıllıqlara 32 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Xankəndi şəhərləri, Lənkəran və Şamaxı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonu Havzava və Şamaxı rayonu Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 32 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑