Dünya · Modern.az

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründə 300 mindən çox xarici vətəndaşın vizası ləğv olunub.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasına istinadən “Al Jazeera” məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, viza ləğvləri qanun pozuntusuna yol verdiyi, saxtakarlıq etdiyi və ya ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığı iddia olunan şəxslərə şamil edilib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti miqrasiya sahəsində nəzarəti gücləndirmək və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətdə tədbirləri davam etdirəcək.

Məlumata əsasən, cari ilin avqust ayında ləğv edilən vizaların sayı 175 mini keçmişdi. Son açıqlanan rəqəm isə 300 mindən artıqdır.

Tramp administrasiyası viza müraciətlərinin yoxlanılması qaydalarını da sərtləşdirib.

Bununla yanaşı, hüquq müdafiəçiləri viza sahiblərinin sosial media fəaliyyətinin yoxlanılması da daxil olmaqla, bəzi yeni nəzarət tədbirlərini tənqid edirlər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑