Aktual · Modern.az

TDT XİN başçıları sabah Ankarada toplanır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
TDT XİN başçıları sabah Ankarada toplanır
TDT XİN başçıları sabah Ankarada toplanır

Ankarada oktyabrın 29-da Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziriliyin mətbuat Ximətindən məlumat yayıb. 

Bildirilib ki, XIII TDT Zirvə görüşü çərçivəsində təşkil olunacaq bu iclasla təşkilata üzv ölkələrin xarici işlər nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər.

TDT Xarici İşlər Nazirləri Şurasının iclasında təşkilat daxilində əməkdaşlıq sahələri üzrə məsləhətləşmələrin və təşkilatın institusionallaşdırılması istiqamətində işlərin aparılması gözlənilir.

Qeyd edək ki, oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü keçiriləcək.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑