Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək.
Modern.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Bundan əlavə, Koroğlu Rəhimov və Təbriz küçələrinin qovşağında yolun hərəkət hissəsinin genişləndirilməsi üçün ayırıcı zolağın sökülməsi işlərinə start veriləcək.
"Aparılacaq təmir işləri səbəbindən həmin ərazilərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən alternativ marşrutlardan yararlanmaları, yolda diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş edilir", - AAYDA bildirir.




