Hadisə · Modern.az

Qayınana oğlan nəvə istədi, gəlin yeni doğulan qızını öldürdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qayınana oğlan nəvə istədi, gəlin yeni doğulan qızını öldürdü
Qayınana oğlan nəvə istədi, gəlin yeni doğulan qızını öldürdü

Türkiyədə oğlan nəvəsi istəyən qayınana gəlinini yeni doğulmuş qız uşağından imtina etməyə məcbur edib.

Modern.az yerli mediaya istinadla bildirir ki, körpənin meyiti 2010-cu il dekabrın 9-da Türkiyənin Kahramanmaraş vilayətində boş bir torpaq sahəsində tapılıb. Meyitin yarılması nəticəsində uşağın ağzı və burnu tutulduğu üçün öldüyü müəyyən edilib.

İş uzun müddət açılmamış qalıb. Bu yaxınlarda prokurorluq və Kahramanmaraş polisinin ictimai təhlükəsizlik şöbəsi işi yenidən araşdırmağa başlayıb. Müstəntiqlər vilayətin bütün xəstəxanalarından əldə olunan məlumatları araşdırıblar. Ümumilikdə 8369 nəfərin siyahısı yoxlanılıb.

Hadisə yerində aparılan araşdırmalardan və məlumatların təhlilindən sonra hüquq-mühafizə orqanları üç nəfəri saxlayıb: uşağın anasını, onun ərini və qayınanasını.

Dindirilmə zamanı ana doğuşdan dərhal sonra qız uşağını parçaya bükərək evin yaxınlığındakı boş sahədə qoyub getdiyini etiraf edib. Buna səbəb uşağın oğlan deyil, qız olması və oğlan nəvəsi istəyən qayınanasının ona təzyiq göstərməsi olub.

Məhkəmə uşağın anasının həbsinə qərar verib. Əri barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib. Qayınananın hər hansı cəzaya məhkum edilib-edilməyəcəyi barədə məlumat verilmir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑