Azərbaycanda Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslər "Tərəqqi" medalı ilə təltif edilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla həmin şəxslər aşağıdakılardır:
Astanov Elvin Əmrah oğlu
Qasımov Ramil Famil oğlu
Məmmədov Pərvin Rasim oğlu
Musayev Oloxan İsayeviç.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib.
Modern.az xəbər verir ki, təbrik mətnində deyilir:
"Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yar
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.
Modern.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.
Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.
Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə Hindistanın Baş naziri Naren
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Modern.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı.
Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixin
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Modern.az xəbər verir ki, sənədin mətnini jurnalist Seyfəddin Hüseynli oxuyub.
Müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident!
Sizi Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları olaraq dərin hörmətlə salamlayırıq.
Azərbaycan jurnalistikası ilk gündən xalqımızın maariflənməsinə, milli özünüdərkin, vətənpərvərlik şüurunun, müstəqillik amalının formalaşmasına və möhkəmlənməsin
Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb.
Modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədax
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Elnur Sultanov Stokholmdakı Kral Sarayında baş tutan rəsmi mərasimdə etimadnaməsini İsveç Kralı XVI Karl Qustava təqdim edib.
Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsveç Kralı XVI Karl Qustava çatdıran səfir iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Kral, öz növbəsində, səmimi salamlarını və