Ölkə · Modern.az

Netanyahu Suriya Prezidenti ilə gizli telefon danışığını açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahu Suriya Prezidenti ilə gizli telefon danışığını açıqladı
Netanyahu Suriya Prezidenti ilə gizli telefon danışığını açıqladı

İsrailin Baş naziri Benyamin Netanyahu 2025-ci ilin iyulunda Suriyanın cənubundakı Süveyda əyalətində baş verən toqquşmalar zamanı Suriya Prezidenti Əhməd əş-Şaraa ilə şəxsən telefonla danışdığını açıqlayıb.

Modern.az xəbər verir ki, Netanyahu həmin vaxt Suriya hökumət qüvvələri ilə druz silahlı birləşmələri arasında ciddi qarşıdurmaların yaşandığını xatırladıb.

İsrailin Baş naziri bildirib ki, Suriya Prezidenti ilə birbaşa əlaqə saxlayaraq vəziyyətə müdaxilə edib.

“Mən Suriya Prezidentinə zəng etdim. Bu, çox qısa və son dərəcə açıq danışıq idi. Bundan sonra kütləvi qırğın dayandı”, – deyə Netanyahu iddia edib.

O, telefon danışığının bölgədəki toqquşmaların dayandırılmasına kömək etdiyini bildirib.

Netanyahu Suriyada yaşayan druz icmasının müdafiəsini davam etdirəcəklərini də vurğulayıb.

“Qardaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyəm”, – deyə İsrailin Baş naziri qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin iyulunda Suriyanın Süveyda əyalətində druz silahlı qrupları ilə hökumət qüvvələri arasında qanlı qarşıdurmalar baş verib. İsrail druz əhalisini qorumaq məqsədilə hərbi müdaxilə etdiyini açıqlayaraq Suriya ərazisində hava zərbələri endirib.

Netanyahunun Əhməd əş-Şaraa ilə birbaşa danışdığını açıqlaması İsrail və Suriya rəhbərləri arasında təmaslarla bağlı diqqətçəkən məlumatdır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑