Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkəti “Wonderful”un təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanları müzakirə edilib.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq logistika, yükdaşıma və liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməs
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb.
Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.
Eyni zamanda İslam Ə
Rusiya Prezidenti Vladimir Putin, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe birbaşa telefon əlaqələrini davam etdirmək barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Kremlin üç ölkə liderinin telefon danışığının yekunlarına dair məlumatında bildirilir.
Kremlin açıqlamasına görə, Putin Ukraynadakı münaqişə zonasında mövcud vəziyyəti qiymətləndirib və münaqişənin səbəblərindən danışıb. Rusiya lideri uzunmüddətli sülhə yalnız ölkəsinin maraqları
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu, müstəqil siyasətini və multikulturalizm ənənələrini bir daha nümayiş etdirir. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan forum 100-dən çox ölkənin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası anlaşmanın gücləndirilməsi və qlobal problemlərin həlli istiqamətində mühüm platforma kimi diqqət mərkəzindədir.
Dövlətimizin başçısı vurğulayıb ki, ötən
Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Modern.az xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.
Araşdırma davam etdirilir.