NATO Latviyada, Rusiya sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayır.
Modern.az xəbər verir ki, bu barədə Latviyanın "Delfi" nəşri məlumat yayıb.
Məlumata görə, “Resolute Reforger 2026” adlı təlimlər NATO-nun Latviyada yerləşən çoxmillətli briqadasının tarixində ən böyük hərbi təlimlər olacaq.
Noyabrın 8-dək davam edəcək təlimlərə təxminən 3 min hərbçi və 1000 ədəd hərbi texnika cəlb olunacaq.
Təlimlər zamanı hərbi bölmələrin yerləşdirilməsi, onların maddi-texniki təminatı, uzaq məsafələrdə fəaliyyətlərinin əlaqələndirilməsi, eləcə də Latviya Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət imkanları sınaqdan keçiriləcək.





