Aktual · Modern.az

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib.

Modern.az APA-ya istinadla xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib.

Onunla vida mərasimində yaxınları, kənd sakinləri ilə yanaşı Ukraynanın Azərbaycandakı hərbi attaşesi polkovnik Taras Novrovski də iştirak edib.

Qeyd edək ki, Vahab Quliyev Kupyansk istiqamətində gedən döyüşlər zamanı PUA zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Vahab Quliyev məşhur "Nənələr" qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, anasının qəbrinin yanında torpağa tapşırılıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑