İdman · Modern.az

Mbappe Ronaldunun tarixi uğurunu təkrarladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mbappe Ronaldunun tarixi uğurunu təkrarladı
Mbappe Ronaldunun tarixi uğurunu təkrarladı

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında ardıcıl 6-cı oyunda qol vurub.

Modern.az xəbər verir ki, fransalı futbolçu bununla turnirdə özünün ən yaxşı qol seriyasını təkrarlayıb.

Məlumata görə, “Real”ın tarixində Çempionlar Liqasının ardıcıl 6 və daha çox matçında fərqlənən cəmi iki futbolçu var. Bunlar 11 oyunda qol vuran portuqaliyalı Kriştianu Ronaldu və 6 matçlıq seriyaya malik Mbappedir.

Qeyd edək ki, Mbappe bu gün Yunanıstanın AEK klubuna qarşı görüşün 78-ci dəqiqəsində fərqlənərək hesabı bərabərləşdirib. Madrid təmsilçisi son dəqiqə qolu ilə rəqibini 3:2 hesabı ilə məğlub edib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑