Dünya · Modern.az

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian
İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkədə istehsal olunan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb. O, standartlara əməl edilməsinin enerji resurslarından səmərəli istifadə, milli sərvətlərin qorunması və gələcək nəsillərin maraqlarının təmin olunması baxımından əhəmiyyətini qeyd edib.

Modern.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi Prezident Administrasiyasına istinadən məlumat yayıb.

Prezident bildirib ki, insanların keyfiyyətli və təhlükəsiz məhsullardan istifadə etmək hüququ var

“İnsanların əldə etdikləri mal və xidmətlərin sağlamlıq, təhlükəsizlik və keyfiyyət baxımından etibarlı olduğuna əmin olmaq hüququ var. İstehsalçılar da şəffaf, ədalətli və etibarlı qaydalar əsasında fəaliyyət göstərməlidirlər”, – deyə o bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑