Ermənistanda Rusiyanın İrkutsk vilayətindən taun xəstəliyinin ölkəyə keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə komissiya yaradılıb.
Modern.az xəbər verir ki, komissiya Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə yaradılıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Komissiya taun xəstəliyinin İrkutsk vilayətindən Ermənistana keçməsi riskini qiymətləndirəcək, profilaktik tədbirləri əlaqələndirəcək və ölkənin mümkün təhlükəyə hazırlıq vəziyyətini müzakirə edəcək.
Qərara əsasən, komissiya dövlət qurumları arasında tədbirlərin əlaqələndirilməsi və operativ məlumat mübadiləsinin təşkili ilə məşğul olacaq.
Ermənistan Səhiyyə Nazirliyinə komissiyanın təşkilati-texniki fəaliyyətini təmin etmək və Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin iştirakı ilə müvafiq peşəkar məlumatlar, risk qiymətləndirmələri və görüləcək tədbirlərlə bağlı təkliflər hazırlamaq tapşırılıb.




