Aktual · Modern.az

Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir

Ermənistanın Qafan meşə təsərrüfatına daxil olan Çakaten meşəbəyliyi ərazisində qanunsuz ağac kəsimi faktı aşkarlanıb.

Modern.az Trend-ə istinadən xəbər verir ki, ərazidə ekopatrul xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı hadisə yerində olan iki nəfərin kəsilmiş ağacların qanuni mənşəyini təsdiqləyən sənədləri təqdim edə bilmədiyi bildirilib.

Aşkarlanan oduncaq mühafizə üçün meşə təsərrüfatına təhvil verilib. Ehtimal olunan pozuntu törədən şəxslər barəsində protokollar tərtib olunub və ətraf mühitə dəymiş zərər hesablanıb.

Qeyd edək ki, Ermənistanın Sünik vilayətində yerləşən Çakaten kəndi Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi ilə həmsərhəddir.

Hadisə ilə bağlı açıqlamada kəsilmiş ağacların sayı, dəymiş zərərin məbləği və ehtimal olunan pozuntuya görə məsuliyyət daşıyan şəxslər barədə əlavə təfərrüatlar açıqlanmayıb.



 

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑