Aktual · Modern.az

Erməni deputatlar TRİPP layihəsinə qarşı çıxırlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Erməni deputatlar TRİPP layihəsinə qarşı çıxırlar
Erməni deputatlar TRİPP layihəsinə qarşı çıxırlar

Ermənistan parlamentinin deputatı Ağvan Vardanyan hakim “Vətəndaş Müqaviləsi” partiyasını sərt tənqid edərək, TRIPP layihəsinin ölkədəki siyasi parçalanmanı aradan qaldırmayacağını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Yerevan.Today" nəşri məlumat yayıb.

Deputatın sözlərinə görə, hazırda Ermənistanda iki fərqli siyasi reallıq mövcuddur.

“İki Ermənistan var: biri hakim ‘Vətəndaş Müqaviləsi’ partiyasının, digəri isə erməni xalqının Ermənistanıdır. Hörmətli hakim partiya üzvləri, sizin TRIPP layihəniz bu iki Ermənistanı birləşdirməyəcək”, – deyə Vardanyan bildirib.

O, mövcud hakimiyyətin “real Ermənistanla heç bir əlaqəsinin olmadığını” iddia edib.

Qeyd edək ki, TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑